Ölkə

Türkiyənin israiləsilli məşhur müğənnisi HƏMAS-a “Qatil” dedi

Türkiyənin israiləsilli məşhur müğənnisi Linet Mor Menaşe İsrail-HƏMAS qarşıdurmasında İsrailə dəstək olan məlumatlar paylaşıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az baku.ws-ə istinadən bildirir ki,  onun bu hərəkəti yerli publika tərəfindən qınağa səbəb olub.

Belə ki, hadisələr başlayan ilk gündən müğənni Linetin profil şəkli qara fondur. Bundan başqa, o, dünən instaqram hesabında diqqətçəkən paylaşım edərək “Həmas şimaldan fələstinlilərin keçməsinə icazə vermir” və “HƏMAS qatildir” yazılarından sitat gətirib.

Məşhur müğənninin israilyönlü mövqeyi postu çoxlarının reaksiyasına səbəb olub. Bu paylaşımı görən sosial şəbəkə istifadəçiləri müğənniyə reaksiya göstərərək Linetin ölkəni tərk etməli olduğunu bildiriblər. Məşhur prodüser Erol Köse “Bu ölkədə sərvət qazanmısansa, sənin adına minlərlə linç mesajı gəlir. Məncə, bu topa girməməlisən dostum” sözləri ilə Linetə xəbərdarlıq edib. 

Daha sonra, Linet paylaşımlarının şərh bölməsini bağlayıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button