Ölkə

TV-lər şounu rəzil vəziyyətə salıblar

“Ziyalılar televiziyaları tənqid edirlər. Haqlıdırlarmı? Bəli haqlıdırlar! Televiziyalar ziyalıların tənqidlərinə qarşı özlərini müdafiə edirlər. Haqlıdırlarmı? Həm hə, həm yox!”

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri sosial şəbəkədə aparıcı Murad Əzimzadə bildirib:

“Televiziyalar ona görə haqlıdırlar ki, intellektual və çox ciddi formatlı verilişlər reytinq vermir, istənilən gəliri gətirmir. Belə olan halda telekanallar ayın sonu və ya əvvəli əməkdaşlara maaş vermək üçün tələb-təklif prinsipi ilə hərəkət etməyə məcbur qalırlar. Bu səbəbdən şou formatlı proqramlar artır.

Amma televiziyalar ona görə haqsızdırlar ki, xalqın istədiyi şounu müəyyən əxlaq çərçivəsində, yaradıcı təxəyyüllə yox, qurşaqdan aşağı, rəzil vəziyyətdə təqdim edirlər. Məsələn, uzun illər kanallarımızda “Mərc şou”, “Yeriniz məlum”, “Tanıdım səni”, “Yeni ulduz”, “Azəri star”, “Ailələr və Talelər”, “Günəbaxan”, “Musiqili meydan”, “Sizin saat” kimi layihələr yayımlanıb və bu layihələr əxlaq çərçivələrini aşmayıb. Deməli, əxlaqlı şou, intellektual şou və xəbər şousu da hazırlamaq mümkündür.

Gərək televiziyalar yaradıcı dayazlıqdan yaranan keyfiyyətsizliyi, “Bizə gəlir lazımdır, xalq bunu istəyir deyə belə edirik”, – bəhanəsi ilə malalamasın”.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button