“Üç kitab oxuyub yaxşı danışmaqla deyil” – Qalmaqal
Xalq artisti Faiq Ağayevlə müğənni Rəsul Əfəndiyev arasında qalmaqal yaranıb.
Ağayevin repertuarından ifa etdiyi “Səni əvəz eləmir” mahnısı olub. “İncə səhər” verilişində qonaq olan Rəsul ad çəkmədən Xalq artisti haqqında qalmaqallı fikirlər səsləndirib:
“Adını çəkmək istəmirəm. Bir nəfər proqramların birində mahnıdan danışdı. Mən bir mahnı ifa etmişdim, mahnının bəstəkarı Gülər Həsənliyə ifam göndərilmişdi. Qulaq asmışdı, müğənninin özünə də atılmışdı. Həmişə bu mövzunun üstündən keçirdim. Mənə göndəriblər, verilişdə danışır ki, Yutubdan sildirdim. Kanal özəldir, mənə aiddir, müəllif hüquqları da məndədir. Orada istədiyim mahnını gizlədirəm, ya da silirəm. Amma deyir ki, o ifaçının mahnılarını sildirib və sairə. Heç kim sildirməyib, mən bağlamışam. Orada gözəl sözlər yazırdılar. Mahnını oxumuşam, o vaxt yalançı şərhlər, baxış sayı yox idi. İki milyon baxış. Sayı gəldi, 3000 min şərh yazıldı. Dedilər, sanki mahnını indi eşidirik. Ona hörmət olaraq mən mahnını bağladım. Bu gün istəsəm, yenidən yayımlaya bilərəm. Silinməyib, heç kim də mənə sildirməyib. Əgər bu mahnı yaxşı oxunubsa, sevinmək lazımdır. Mən də mahnılar yazdırıram. Sabah gənclər gəlirlər, yol açmaq lazımdır. Necə ki, mənə böyük sənətkarlarımız yol açıblar. Üç kitab oxuyub yaxşı danışmaqla deyil, qəlbən yaxşı insan olmaq lazımdır. Bu, Allahın lütfüdür”.
Qeyd edək ki, F. Ağayev “Xəbərin var?” verilişində mahnılarını icazəsiz oxuyanların ifalarını yutubda sildirdiyini demişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun