Ölkə

Uğrunda həlak olduqları Qaradağlıda dəfn ediləcəklər

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlərin nəşləri Xocavəndə göndərilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki,  Dadaşov Uğur Eldar oğlu, Doluxanov Rəhim Məhkəmə oğlu, Tağıyev Telman Tevon oğlu, Abbasov Sərvər İldırım oğlu, Məmmədov Ədalət Şahmar oğlu, Mustafayev Qərib Həsrət oğlu və Mirzəyev Məmməd Hüseyn oğlunun nəşləri dəfn olması üçün Beyləqan rayonundan yola salınıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasında təşkil olunan mərasimdə insan izdihamı yaşanıb. Vida mərasimində mərhumların yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfn mərasimi şəhidlərin doğulduğu və uğrunda həlak olduğu Xocavənd rayonunun Qaradağlı kənd qəbiristanlığında olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button