Ölkə

Ümid edirik ki, bu, müraciət Azərbaycanda keçiriləcək COP29 konfransında da eşidiləcək

Ümid edirik ki, temperaturun hədəf 1,5 dərəcə çərçivəsində saxlanılması barədə müraciət Azərbaycanda keçiriləcək COP29 konfransında da eşidiləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Trend xəbər verir ki, bunu Fici nümayəndəsi Amenatave Vakasauvaka Yauvoli jurnalistlərə Dubayda (BƏƏ) keçirilən COP28 konfransının kuluarlarında deyib.

“Artıq Şərqi Avropa ölkələrinin COP konfransına ev sahibliyi etmək növbəsi çatıb. Azərbaycanın COP29 konfransına ev sahibliyi edəcəyinə çox şadıq. Azərbaycan çox gözəl ölkədir və ümid edirəm ki, COP29 konfransında temperaturun hədəf 1,5 dərəcə çərçivəsində saxlanılması barədə müraciəti çatdıra biləcəyik.

Biz inkişaf etməkdə olan ölkələr olaraq inkişaf etmiş ölkələrdən iqlim dəyişikliyi ilə mübarizədə dəstək almağa ümid edirim. Biz, həqiqətən də, bu müraciətin Azərbaycanda keçiriləcək COP29 konfransında çatdırılmasını istəyirik”, – o deyib.

Yauvoli qazıntı yanacağından mərhələli imtina barədə razılaşmanın olduğunu və bunun çox mühüm olduğunu qeyd edib.

“Biz, həmçinin, iqlim dəyişikliyinin nəticələrini yumşaltmaq və adaptasiya üçün bərpa olunan enerji istehsalını təşkil etməyə çalışırıq. Maliyyələşdirmə baxımından inkişaf etməkdə olan ölkələri dəstəkləyəcək əsas tədbirləri görəcəyimizə ümid edirik.

Biz Paris sazişinin hüquqi cəhətdən məcburi olub-olmamasından asılı olmayaraq, tam icrasının tərəfdarıyıq. Fikrimizcə, tərəflər öz üzərlərinə Paris sazişinin tam icrasına dair öhdəlik götürməlidir. Bu, qlobal həllər tələb edən qlobal problem, qlobal çağırışdır. Biz bunu təklikdə edə bilmərik. Bu problemi digər ölkələr yaradıb. Bu səbəbdən onlar danışıqlar masası arxasına keçməlidir. Necə irəliləməli olduğumuzu müzakirə etməliyik”, – deyə o əlavə edib.

Qeyd edək ki, dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub. COP29 2024-cü ilin noyabr ayında keçiriləcək.

Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib.

Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button