İdman

“Ümid yeri” uşaq sığınacağında gimnastika şöbəsi açılıb

Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında gimnastika şöbəsi açılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, məşğələlərdə sığınacağın 6-17 yaş arası 20 yetirməsi iştirak edir.

Uşaqların bölməyə seçimi məşqçilər tərəfindən fiziki bacarıqları, eləcə də, bu idman növünə göstərilən marağı nəzərə alaraq həyata keçirilib. Məşğələlər Azərbaycan Gimnastika Federasiyasının məşqçisi tərəfindən həftədə iki dəfə keçirilir.

“Ümid yeri” xeyriyyə cəmiyyətinin sədri Nigar Mənsimli KİV nümayəndələri ilə söhbətində deyib ki, gimnastika şöbəsinin açılışı olduqca mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan Gimnastika Federasiyasının təşəbbüsü uşaq evinin yetirmələrinin fiziki inkişafında mühüm rol oynayır, həmçinin, onların idman istedadlarının üzə çıxarılmasına kömək edəcək. Uşaqlar məşğələlərdə böyük şövqlə iştirak edir, məşqçinin gəlişini səbirsizliklə gözləyirlər. Məşq vaxtından kənarda da gimnastika ilə məşğul olmağa və elementləri təkrarlamağa davam edirlər və bu, məşğələlərin onlara təsirsiz ötüşmədiyinin göstəricisidir.

İnanıram ki, gələcəkdə Azərbaycanı beynəlxalq idman arenasında təmsil edəcək idmançılar sırasında sığınacağımızın yetirmələrini də görəcəyik. Bu təşəbbüsə və onun həyata keçirilməsinə görə Gənclər və İdman Nazirliyinə, eləcə də, Azərbaycan Gimnastika Federasiyasına dərin minnətdarlığımı bildirirəm”, – Nigar Mənsimli deyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button