Ölkə

Ümummilli lider Heydər Əliyev uzaqgörən lider idi

Ümummilli lider Heydər Əliyevi vəfatının 20-ci il dönümündə ehtiramla yad edirik.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı jurnalistlərə açıqlamasında deyib.

“Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu, hər sahədə yürütdüyü siyasətlə uzaqgörən bir lider idi. Heydər Əliyevin ən böyük vəsiyyəti Qarabağ işğaldan azad edildi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Ümummilli liderin Türkiyə ilə qurduğu siyasət Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla birgə ən yüksək səviyyəyə çatıb. Bu əlaqələr bizə Heydər Əliyevdən miras qalıb”, – deyə səfir bildirib.

Qeyd edək ki, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button