İdman

Universiadada iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar

Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər qarşılayıblar.

Qeyd edək ki, Universiadada 3 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yarışı 38-ci pillədə başa vurub.

Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.

Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo yığması əldə edib.

Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button