Uncategorized

Universitetlərdə təhsil müddəti 3 ilə endiriləcək?

Ötən gün elm və təhsil naziri Emin Əmrullayev hazırda ali təhsil müəssisələrində bəzi ixtisasların tədris müddətini 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlanıldığını qeyd edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

“Tədris proqramını elə dizayn etmək olar ki, bir ixtisası 3 ilə yox, 2 ilə də vermək olar. Lakin bunun üçün zəruri baza olmalıdır. Qısa müddətdə texnologiyadan istifadə edən şəxsi yaratmaq mümkündür, lakin qısa müddətdə texnologiya hazırlayan mütəxəssis yetişdirmək mümkün deyil. Hazırda ali təhsil müəssisələrində bəzi ixtisasların tədris müddətini 4 ildən 3 ilə endirmək üzərində düşünməyə başlamışıq. Rektorlarla müzakirələrimiz olub ki, ali təhsil müəssisələrində tədris olan hər bir fənn əmək bazarı üçün vacibdirmi, yoxsa yox?”, – deyə nazir əlavə edib.

Bəs Azərbaycanda ali təhsil müddətini 4 ildən 3 ilə endirmək mümkündürmü? Bu, tələbələrin təhsil bazasına necə təsir göstərəcək?

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Azərbaycan 2005-ci ildə boloniya sistemin qoşulub və bu sistemin əsas tələblərindən biri təhsil kreditlərinin həcmi məsələdir.

“Bir sıra ixtasaların 4 ildən az bir vaxtda bitirlməsi mümkündür. Dünyada inkişaf etmiş ölkələrdə bakalavr pilləsində təhsilin 4 ildən 3 ilə endirilməsi qəbul edilən normadır. Məzunlar əmək bazarına daha çevik daxil olsunlar deyə onlar daha qısa müddət ərzində ali təhsili başa vururlar. Bu iki formada həyata keçirilir. Mövcud kreditlər daha çox götürülərsə, bu zaman tələbə daha qısa müddət ərzində təhsili başa vura bilir. Lakin nazir Emin Əmrullayevin dediyi tamamilə fərqli yanaşmadır. Belə ki nazirin təklif etdiyi qaydalara görə ali təhsil müəssisələrində ixtisaslarda bir sıra fənlər tədris olunur və bu fənlərin sayı azaldılmalıdır. Bu fənlərin böyük əksəriyyəti ixtisas üzrə fənlər olmur. Misal üçün informasiya texnologiyaları kommunikasiya ilə bağlı olan ixtisasların 4 il oxunulmasına ehtiyac yoxdur. Bu kənd təsərrüfatı ilə bağlı olan ixtisaslara da aiddir ki, həmin ixtisasları oxumaq üçün 4 ilə ehtiyac yoxdur. Daha qısa müddət ərzində həmin ixtisasları bitirib əmək bazarına daxil olmaq mümkündür.


Bu gün bakalavrların tədris proqramına baxdıqda görürük ki, bəzi fənlərə ehtiyac yoxdur.Bəzən tələbələr bu fənlərdən kəsilir və akademik göstəriciləri aşağı düşür. Amma biz tədris proqramlarını təsdiq etsək, bir mənalı şəkildə 3 il ərzində kadr hazırlana bilər “, – deyə o əlavə edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button