Ölkə

Uqanda qlim dəyişikliyi üzrə tədbirləri təşviq edəcək

Uqanda Qoşulmama Hərəkatının növbəti sədri qismində iqlim dəyişikliyi üzrə tədbirləri təşviq edəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Uqanda nümayəndəsi, “Miss Environment International Africa 2022” müsabiqəsinin qalibi Cudit Herd jurnalistlərə Dubayda (BƏƏ) keçirilən COP28 konfransının kuluarlarında deyib.

“Uqanda Azərbaycandan sonra Qoşulmama Hərəkatına sədrlik edəcək və ümid edirəm ki, iqlim dəyişikliyinə qarşı tədbirlər görəcək”, – o deyib.

Herd COP28 çərçivəsində moda nümayişində iştirak etdiyini qeyd edib.

“Moda sənayesi ekoloji aspekt üzrə böyük işlər görüb. Mən əslən Uqandadanam. Bizdə orada iqlim dəyişikliyi ilə əlaqədar olaraq çox problemlər var və biz bu gün iqlim dəyişikliyi ilə bağlı problemlərin həllini tapmaq üçün buraya yığışmışıq. Biz, həmçinin, təkcə problemləri həll etməli olan hökumətləri deyil, həm də gəncləri dəstəkləmək üçün buradayıq. Gənclər anlamalıdır ki, dəb təkcə gözəllik deyil, həm də ana təbiət uğrunda mübarizədir. Gənc qızları tullantıların emalı ilə məşğul olmağa çağırıram”, – o deyib.

Herd, həmçinin, Azərbaycanda keçiriləcək COP29 konfransında iştirak edəcəyini qeyd edib.

“COP harada keçirilsə, biz oraya gedərək səsimizi qaldıracağıq. Mən mütləq orada olacağam”, – o deyib.

Qeyd edək ki, dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində COP29 konfransının Azərbaycanda keçiriləcəyi barədə qərar rəsmi şəkildə elan olunub. COP29 2024-cü ilin noyabr ayında keçiriləcək.

Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib.

Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliyini irəli sürmüşdü. Lakin 7 dekabr 2023-cü ildə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında birbaşa danışıqlardan sonra Ermənistan Azərbaycanı dəstəkləyərək öz namizədliyini geri götürüb. Bundan sonra Bolqarıstan da eyni addımı atıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button