Ölkə

“Uşağın öldüyünü eşidəndə, deyib, şükür Allaha”

“Uşaq öz yatağında olub. Yəqin ki, evdə söz-söhbət olub, qızım uşağı yatızdırıb. Yoldaşım uşağı döşəyin üstündən götürmüşdü”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Xırdalanda 8 aylıq körpəsi Ayla ilə birlikdə əri tərəfindən qətlə yetirilən Leylanın atası Əlişan İbadov “AStar” yutub kanalına açıqlamasında deyib.

Leylanın atası iddia edib ki, hadisə yerinə ilk olaraq Fəridin anası Sevər çatıb. O qeyd edib ki, Fəridin anası Leylanın ölməsindən, oğlunun yaralanmasından xəbərdar olanda, nəvəsinin aqibəti ilə maraqlanmayıb. Əlişan İbadovun sözlərinə görə, oğlanın anası xəstəxanaya təkcə Fəridi aparıb:

“Belə ürəkli oğlan idi, özünə də boğazından zərbə vurardı. Nəvəmə 7 bıçaq zərbəsi endirib, qızımın da boğazını kəsib. Özünə də qarın nahiyəsindən vurub, bilib ki, o zərbədən ölən deyil. Qızımı, nəvəmi geri qaytarmaq mümkün deyil. Amma ömürlərinin axırına qədər onlara qan qusdurmalıyam, gözlərindən qan gəlməlidir”.

Leylanın babası Məhəmməd İbadov isə bildirib ki, atası Aylaya 7 bıçaq zərbəsi vurub:

“Fərid sonra maraqlanıb ki, uşaq ölüb? Deyiblər ki, hə. Deyib, onda şükür Allaha”.

Fəridin atası Firdovsi Hüseynli isə hadisədən sonra oğlu ilə görüşmək imkanı olmadığını bildirib. Onun sözlərinə görə, Fərid qətlin səbəbini vəkilinə deyib, amma onlara deyilmir.

Firdovsi Hüseynli oğlunun namaz qıldığını, zərgər işlədiyini bildirib:

“Bu hadisədə oğlumun təqsiri varsa, ona əziyyətimi haram edirəm. Gəlinimin günahı varsa, ona haram olsun”. (publika)

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button