Ölkə

“Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılış mərasimi oldu

Təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədi ilə elan olunan  “Uşaqliq duyğularimin rəngləri” adlı şou-sərginin açılış mərasimi Xətai Sənət Mərkəzində baş tutdu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açdı. Söz alan Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov, Xalq rəssamı, professor Arif Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov öz ürək sözlərini sərgi iştirakçıları ilə bölüşdülər. Tədbir iştirakçıların çıxışları və sertfikatların təqdim olunması ilə davam etdi.

Nəzərinizə çatdıraq ki, “Uşaqliq duyğularimin rəngləri” adlı şou-sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində elan olunmuşdur.

Təqdim olunan əsərlər arasında uşaqlığa qaytaran, xatirələr canlandıran əsərlər əsas yer tutur,həmçinin elanda qeyd olunduğu kimi, sərgidə bəzi müəlliflər uşaqkən çəkdiyi rəsmlərlə təmsil olundular.

Sənət sevərlərin yaddaşında şou sərginin duyğu və zövqün bir araya gəldiyi ekspoziyalardan  biri kimi   yadda qalacağına inanıriq.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button