Siyasət

uydurma iddialarını beynəlxalq ictimaiyyətə sırıya bilmir

Son dövrlərdə bir neçə beynəlxalq məhkəmənin Ermənistanın Azərbaycana qarşı uydurma iddialarını rədd etməsi göstərir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, Ermənistan hər bir fürsətdən istifadə edərək uydurma iddialarla beynəlxalq məhkəmələrə müraciət edir. “Beynəlxalq məhkəmələrdə hüquqi yanaşma tətbiq edilərək ermənilərin əsassız iddiaları rədd edilir. Nəhayət biz görürük ki, beynəlxalq strukturlar tərəfindən haqlı qərarlar qəbul edilir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətin məntiqi nəticəsidir ki, biz beynəlxalq strukturlara Azərbaycanın mövqeyini çatdırdıq və onlar bunu qəbul edirlər”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü il 12 iyul tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib. Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib. Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul 2023-cü il tarixində Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını rədd edib. Məhkəmə Ermənistanın 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Bundan əlavə, iyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi terrorçuluqda, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu barədə Ermənistanın Azərbaycana qarşı müvəqqəti təminat tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button