Ölkə
Vəkillər Kollegiyasına yeni Aparat rəhbəri təyin olundu
Vəkillər Kollegiyasına yeni Baş katib (Aparat rəhbəri) təyin olunub.
Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə qərar VK Rəyasət Heyətinin keçirilən iclasında elan olunub.
Əmrə əsasən, bu vəzifəyə Orxan Babayev təyinat alıb.
Qeyd edək ki, bundan əvvəl Vəkillər Kollegiyasının Baş katibi (Aparat rəhbəri) vəzifəsində Bayram Orucov çalışıb. O, ötən ay Prezident Administrasiyasında işə keçməsi ilə əlaqədar Kollegiyanın Baş katibi vəzifəsindən ayrılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun