Ölkə

Vətən müharibəsinin ikinci günü – Düşmən ciddi itkilərə məruz qalır

Vətən müharibəsinin ikinci günü – diqqət yalnız cəbhədən gələn xəbərlərə yönəlib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə ölkədə qismən səfərbərlik elan edilib. Azərbaycan Ordusu yüksək peşəkarlıq və əzmkarlıqla yalnız irəliyə doğru addımlayır. Buna baxmayaraq, düşmən yenə də ənənəvi xislətinə uyğun olaraq, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, müharibəni cəbhə bölgəsindən kənara daşıyır, dinc əhalini və mülki obyektləri hədəf alır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xatırladır ki, düşmənin bu fəaliyyəti nəticəsində 2020-ci il sentyabrın 28-də Tərtərdə üç nəfər həlak olur, beş nəfər isə yaralanır.

Təbii ki, mənfur düşmənin yenidən mülki əhaliyə divan tutması erməni faşizminin sülh və insanlıq əleyhinə yönələn təcavüzkar siyasətinin növbəti göstəricisi idi. Azərbaycan Ordusu isə dinc sakinlərə zərər vurmadan, müharibəni yalnız döyüş meydanında apararaq irəliyə addımlayırdı.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə geri çəkilməyə məcbur edilir. Nəticədə Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçılardan təmizlənir.

Həmçinin, bu istiqamətdə gedən döyüşlərdə düşmənin desant həmlə taborunun komandiri polkovnik-leytenant Lernik Babayan məhv edilir.

Azərbaycan Müdafiə Nazirliyi əməliyyat gününün sonuna yaxın Ermənistan ordusunun döyüşlər nəticəsində ciddi itkilərə məruz qaldığını açıqlayır:

“Düşmənin 22 ədəd tank və digər zirehli texnikası, 15 ədəd “OSA” zenit-raket kompleksi, 18 ədəd pilotsuz uçuş aparatı (PUA), 8 ədəd artilleriya qurğusu məhv edilib, ölən və yaralı olmaqla canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisi var. Müxtəlif istiqamətlərdə onun üç silah-sursat anbarı məhv edilib”.

Müharibənin ilk günlərindən əsas diqqət həm də Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən həyata keçirilən cinayətlər barədə dünya ictimaiyyətini məlumatlandırmağa yönəlir. Döyüşlərin ikinci günündə Prezident İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında keçirilən görüşdə Azərbaycanın haqq səsi dövlət başçısı tərəfindən dünya ictimaiyyətinə çatdırılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button