Ölkə

Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən biri

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri qızıl hərflərlə yazılıb. Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasından iki il ötür.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Tovuz döyüşləri ilə bağlı Trend-ə açıqlama verən hərbi ekspert, polkovnik Alparslan İmamqulu bildirib ki, döyüşlər Ermənistan hərbi birləşmələrinin Azərbaycan dövlət sərhəddində törətdiyi təxribatlarla başladı.

O bildirib ki, bu bölgəyə diqqət yetirsək respublikanın bir sıra strateji əhəmiyətli logistika yolları, enerji boru xətləri burdan keçir.

“Həmin bölgədə ola biləcək hər hansı bir uğursuzluq ölkəmizin blokada vəziyyətinə gətirib çıxarılmasına səbəb ola bilərdi. Təbii ki, düşmən Tovuz döyüşlərində layiqli cavabını aldı. Bu döyüşlərdə əldə olunan təcrübələr, mənəvi-psixoloji yüksəklik, ordu, xalq, dövlət həmrəyliyi Vətən Müharibəsindən öncə ciddi bir başlanğıc idi. ovuzda baş verən hərbi təxribat Azərbaycan xalqının ayağa qalxaraq, yumruq kimi birləşməsinə təkan verdi. Tovuz hadisələri və ermənilərin digər təxribatları müharibəni qaçılmaz etdi. Nəticə etibarilə Tovuzda başlanan təxribatın cavabı düşmənə layiqincə Şuşada verilmiş oldu. Və 30 illik işğal altında olan bir sıra torpaqlarımız da azad edildi”, – deyə hərbi ekspert qeyd edib.

Qeyd edək ki, Tovuz döyüşləri 2020-ci ilin iyulun 12-dən başlayıb 17-dək davam edib.

Tovuz döyüşlərində heç bir ərazi itkisi olmayıb. Beləliklə, döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button