Ölkə

Vətəndaşları jurnalist adı ilə şantaj edənlər həbs edildi

Saatlı və Ağsu rayonlarında özlərini jurnalist kimi təqdim etməklə ayrı-ayrı şəxsləri şantaj edənlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, “Saatlı TV” kanalı və tiktokda “13Asim13” adlı profilin istifadəçisi Asim Əliyev saxlanılıb. Həmçinin instaqramda “agsudan xeber” adlı profilin idarəçisi Samir Cəfərov cinayət məsuliyyətinə cəlb edilib.

Hər iki şəxsin barəsində 20-yə yaxın şikayət üzrə araşdırma aparılıb. Onlar həmin şəxslərin barələrində neqativ məlumatları sosial şəbəkələrin hesab və kanallarında yayacağı hədəsi və dələduzluq yolu ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.

S.Cəfərov və əvvəllər məhkum olunan A.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq həbs ediliblər.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button