Ölkə

Valideynlik hüququndan məhrum olunan şəxs aliment ödəməlidir?

Uşağın valideynlərindən biri uşaqla qəddar davranışa görə valideynlik hüququndan məhrum edilir. Əks tərəfin isə uşağı tək saxlamaq imkanı yoxdur. Bu halda valideynlik hüququndan məhrum olunan tərəfdən aliment tələb etmək mümkündürmü?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, belə bir məsələ sosial şəbəkədə müzakirə mövzusu olub.

Sualı hüquqşünas Emil Aslanova ünvanladıq.

Hüquqşünas oxu.az-a açıqlamasında bunun mümkün olduğunu diqqətə çatdırıb.

“Vətəndaş valideynlik hüququndan məhrum edildikdə belə aliment ödəməlidir. Çünki aliment ödəmək onun vəzifəsidir. Ona görə də qarşı tərəf alimentin ödənilməsi ilə bağlı tələb irəli sürə bilər.

Ailə Məcəlləsinin 66.2-ci maddəsində də qeyd edilir ki, valideynlik hüquqlarından məhrumedilmə valideyni uşaqları saxlamaq vəzifəsindən azad etmir”, – deyə hüquqşünas vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul, yəni aliment ödəməyə borcludurlar.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button