Mədəniyyət

Vaqif Poeziya Günlərində böyük şairin xatirəsi anılıb

Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada qədim Qarabağ torpağında dahi şairin xatirəsi anılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, Qazaxın Yuxarı Salahlı kəndində başlayan Vaqif poeziya günləri iyulun 14-15-də Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhərində davam edəcək.

Şuşa XVIII əsr Qarabağ xanlığının böyük şairi və dövlət xadimi (vəziri) Molla Pənah Vaqif (1717-1797) üçün böyük əhəmiyyət kəsb edirdi. O, məhz burada şöhrət qazanmış, dəfn edilmiş, Azərbaycan xalqının tarixində əlamətdar iz qoymuşdur. Hələ Vaqifin dövründə hər bir azərbaycanlı üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı.

Mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Molla Pənah Vaqifin büstü önünə gül dəstələri qoyublar.

Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu Vaqif poeziya günlərinin əhəmiyyətini, şairin milli dil və ədəbiyyata verdiyi böyük töhfəni vurğulayıb.

“Vaqif yaradıcılığı nəsillər boyu ədəbi sənətin inkişafına, şair və yazıçıların yaradıcılığına, onların fəlsəfi fikrinə, doğma torpağa bəslədikləri ideyalara böyük təsiri olub. Həmin dövrlərdə çoxları öz ədəbi yaradıcılığında ərəb və fars sözlərindən istifadə edirdi və bu, mətnləri o qədər mürəkkəbləşdirirdi ki, ədiblərin insanlara çatdırmaq istədiyi fikirləri anlaşılmaz edirdi. Vaqif isə hamının başa düşdüyü dildə yazdığı üçün, insanların qəlbinə yol tapır və bu günə kimi milyonlarla insan tərəfindən sevilir. Ədibin yaratdığı bədii obrazlar, əsərlərində öz əksini tapmış və bununla da da xalqın sərvətinə çevrilmişdir. Məhz Vaqifdən sonra şair və yazıçıların ədəbi yaradıcılığında öz yolunu tapmış milli dil geniş inkişaf etdirilmişdir”, – deyə BabaVəziroğlu bildirib.

Xalq şairi Vahid Əziz milli dəyərlərin və Azərbaycan dilinin təbliğində Vaqifin böyük rolunu söyləyib.

“Vaqifin böyüklüyü tək poeziyasında deyil, həm də xalqın dilindən süzülmüş irsindədir. O, xalqa çox yaxın olub, ona dərin sevgi və hörmətlə yanaşıb. Vaqifin yaradıcılığı formalaşan milli şüuru, maariflənmək istəyən xalqı və onlara aşılayan vətənpərvərlik ruhunu, insani dəyərləri əks etdirirdi. Mən həmişə arzu etmişəm ki, Vaqif və Səməd Vurğunun yaradıcılığında sətirlərin qafiyəsinin heç olmasa iyirmi faizi mənim yaradıcılığımda olsun”, – deyə Vahid Əziz bildirib.

Zəngin proqrama Azərbaycan və türk xalqlarının müasir şairlərinin iştirakı ilə Poeziya günləri – Qədim musiqi alətləri ansamblının konserti, ədəbi-musiqili kompozisiya, tanınmış incəsənət ustalarının çıxışları daxil edilib.

Tədbirlər görkəmli şairə, Qarabağ xanlığının sonuncu şahzadəsi Xurşidbanu Natəvanın evində, Molla Pənah Vaqifin muzey və məqbərə kompleksində, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında, Mehmandarovlar evi kompleksində, Xarıbülbül və Qarabağ otellərindəkeçirilir. Qonaqlara həmçinin Şuşada bərpa olunmuş Azərbaycanın bir sıra dini, tarix və mədəniyyət abidələrinə ekskursiya proqramı təqdim olunub.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button