Ölkə

Vasif atasından danışıb kövrəldi – VİDEO

“Atam çox imkanlı bir adam olub. Nəyi necə etmək kimi düşüncə bizim ailədə olmayıb. Çox ciddi və əzazil biri idi. Ailədə 6 uşağıq. O, bizim ailədə hamımıza yoxun nə olduğunu başa salıb. Həmişə var-dövlətin içində yaşaya-yaşaya yoxluğun nə olduğunu bilmişik. Qonşuda, qohumda bu şeyləri sezmişik”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli “Günü bu gün” verilişində deyib. Atasından danışan sənətçi kövrək anlar yaşayıb:

“1986-cı ildə atam işdən çıxarıldı və mən bir-iki dəfə mağazaya getməli oldum. Həmin vaxt 16 yaşım var idi, o zaman atamın qədrini bilməyə başladım. Biz bilməmişik ki, çörəyi, əti, yağı necə alırlar. Bundan əlavə, geyim, hər cür şərait, həyətdə iki maşın… Sovet hökuməti dağıldıqdan sonra özümüz həyata atlandıq. Məndən böyük qardaşlarım olmasına baxmayaraq, nədənsə, bütün yükü mən hiss etdim çiynimdə. Gördüm ki, nə bacımda, nə də qardaşımda bu məsuliyyət yoxdur. Bu mənim üzərimə düşmüşdü. Gözüm dolur, danışa bilmirəm”.




Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button