Ölkə

Virusdan qorunmaq üçün bunları edin

Son vaxtlar virus mənşəli infeksion xəstəliklərə tutulanların sayında artım müşahidə edilir. Əlamətləri yeni növ koronavirusa (COVID-19) oxşadığına görə təşvişə düşənlər də olur. Mütəxəssislər bunun mövsümi xəstəlik olduğu bildirir və qeyd edirlər ki, yay fəsli ilə əlaqədar kəskin respirator virus xəstəliklərinin yayılması təbiidir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, həkim-terapevt Həbib Sahratov deyib:

“Adətən sentyabrın axırları, oktyabrın əvvəllərində bu xəstəliyin yayılmasını müşahidə edirdiksə, bu il nisbətən daha tez başlanılıb. Amma demək olar ki, bütün kliniki sistem əlamətləri mövsümi qrip xəstəlikləri ilə üst-üst düşür. Onu da qeyd etmək lazımdır ki, 65 yaşından yuxarı olanlarda və 5-6 yaşından kiçik uşaqlarda daha ciddi ağırlaşmalara səbəb olur”.

Tibb müəssisələrinə həmin xəstəliklə bağlı müraciət edənlər arasında COVID-19-a yoluxma ilə əlaqədar şübhəli hal olarsa, dərhal analizə göndərilir.

O, xəstəliyin profilaktikası ilə əlaqədar bunları deyib:

“Xəstəlikdən qorunmaq üçün ilk növbədə qidalanmaya fikir vermək lazımdır. Tərkibində C vitamini üstünlük təşkil edən qida maddələri və meyvə-tərəvəzlərdən çox istifadə etmək də xəstəliyin profilaktikasında əhəmiyyətli rol oynayır”.

Virusdan qorunmaq üçün gigiyenik qaydalara məsuliyyətlə yanaşmaq və çoxlu maye qəbul etmək də tövsiyə edilir.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button