Uncategorized

“WhatsApp”da zəng fırıldağı: Bu tələyə düşməyin…

Son vaxtlar “WhatsApp” üzərindən fırıldaqları çoxalıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, Seneqal, Nigeriya, Filippin, Pakistan, Hindistan kimi ölkələrdən çoxlu insanın  “WhatsApp”-na zəng edilməyə başlanıb.

Sosial mediada gündəm olan bu axtarışlarda fırıldaqçıların daha çox məşhur aktyor və ya müğənnilərin fotolarından istifadə edərək diqqət çəkməyə çalışıdıqları ortaya çıxıb.

Xarici nömrələrdən gələn zənglərə cavab verəndə, onlar sizə cəlbedici iş təklifləri edə bilərlər. Onlar müəyyən ödəniş vədləri və ya dəbdəbəli alışlar müqabilində sizdən kredit kartı nömrənizi istəyə bilərlər.

İnformatika mütəxəssisləri xəbərdarlıq edir ki, dələduzlar “WhatsApp” hesablarını oğurlaya və kontaktınızda olan bütün insanların məlumatlarına daxil ola bilərlər.

Qeyd edək ki, Fahriye Evcen, Demet Özdemir, Murat Boz kimi dünyaca məşhur aktyorlardan sonra fırıldaqçılar indi Derin Mermerci, Yasemin Özilhan kimi tanınmış adlarla hədəflərinə yaxınlaşır.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button