Ölkə

Xəstələrə dərman əvəzinə su verib, dərmanları satan həkim belə tutuldu

Rusiyanın Nijni Novqorod vilayətində polis əməkdaşları Semenov şəhərinin Mərkəzi Rayon Xəstəxanasının onkologiya şöbəsinin müdirini saxlayıblar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Oxu24.com-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, həkim tabeliyində olan xəstələrə bahalı dərmanlar əvəzinə adi su verməyi tapşırmaqda və dərman pulunu özü üçün götürməkdə şübhəli bilinir.

Onkoloqun saxlanmasının görüntüləri internetdə yayımlanıb.

Qeyd edək ki, avqust ayında hüquq-mühafizə orqanlarının əməkdaşları Semenovskaya Mərkəzi Rayon Xəstəxanasının baş iqtisadçısını korrupsiya faktı ilə bağlı saxlayıblar. Yerli KİV-lər rayonda təmir üçün ayrılmış feldşer-mama məntəqələrinin tam olaraq təyinat yerinə çatmadığını bildiriblər.

Mərkəzi Rayon Xəstəxanasının baş iqtisadçısı təcili yardım maşını ilə həbsdən qaçmağa çalışsa da, buna nail ola bilməyib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button