Ölkə

Xəstəxanada mühafizədən oğlumu soruşdum, morqu göstərdi

“Uşaqlıqdan polis olmağa həvəsi vardı. “Arka sokaklar” serialına baxa-baxa polis olmaq ümidi ilə böyümüşdü. Oğlum arzusuna çatdı”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis serjantı Mahir Ağayevin atası Mayıl Xanağaoğlu Baku TV-yə açıqlamasında deyib.

“Səhər zəng etdilər ki, belə bir hadisə olub. Böyük oğluma “Mahirə zəng et” dedim. Zəng etdi, açmadı. Bildim ki, nəsə pis hadisə olub. Amma ümid edirdim ki, yaralı vəziyyətdə xəstəxanadadır, sağdır. Xəstəxananın həyətinə girəndə mühafizədən oğlumu soruşdum. Morqu göstərəndə bildim ki, iş işdən keçib, onda ayaqlarım yerdən kəsildi”, – deyə atası söyləyib.

Qeyd edək ki, polis serjantı Mahir Ağayev nişanlı idi, bir neçə aydan sonra toyu olacaqdı.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button