Ölkə

Xəstəxanalarda “Randevu” sistemi olacaq

Xəstəxanalarda “Randevu” sistemi olacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova “Medinex” sərgisinin mətbuat konfransı zamanı deyib.

“Bu sistem test mərhələsindədir. Sərgidə sistemlə bağlı geniş məlumat veriləcək”,- deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda “Medinex” – 2023″ sərgisi çərçivəsində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Tibbi İnnovasiyalar Forumu keçiriləcək. Sərgi çərçivəsində həmçinin gözəllik sektoruna aid şirkətlərin iştirakı “Beauty Azerbaijan” adı altında təşkil olunacaq. Sərgilərə, ümumilikdə, 14 ölkədən 100 şirkət qatılacaq. “Medinex” sərgisi yenidən sənaye mütəxəssislərinə və sahibkarlara işgüzar əlaqələri inkişaf etdirmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar mübadiləsi aparmaq və sərfəli müqavilələr bağlamaq imkanı yaradan səmərəli müstəvi rolunu oynayacaq.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button