Ölkə

“Xətai rayonunda yanğın qısa zamanda tam söndürüləcək”

“Bakının Xətai rayonunda yanğın qısa zamanda tam söndürüləcək”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bunu FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında deyib.

“FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinə “Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın barədə məlumat saat 21:31-də daxil olub. Saat 21:36-da ilkin yanğın bölmələri hadisə yerinə çatıb. Yanğın Neftayırma Zavodunun Yanğın hasarının yaxınlığında, təxminən 4 ədəd 5 min kubmetrlik neft çənlərinə yaxın ərazidə olub”, – R.Xudiyev qeyd edib.

“Küləyin sürəti yüksək olduğundan yanğın qısa zamanda böyük əraziyə yayılıb və neft sektoruna böyük təhlükə yaranıb. Bununla əlaqədar olaraq yanğın yerən yüksək çağırış elan olunub. Hadisə yerinə Bakı qarnizonunun qüvvə və vasitələri, 20 ədəd əsas yanğın avtomobili, 85 nəfər yanğınsöndürən cəlb olunub.

Saat 23:03-də yanğın tam məhdudlaşdırılıb, nəzarətə götürülüb. Hazırda neft sektoruna heç bir təhlükə yoxdur. Hazırda soyutma işləri davam etdirilir. Yanğın qısa zamanda tam söndürüləcək.

Yanğın təxminən 2 hektar ərazini əhatə edib. Hadisə zamanı əsasən məişət tullantıları, ağac qırıntıları və qamışlıqdır.

Hadisə zamanı xəsarət alan olmayıb. Neft sektoru ilə yanaşı, buradakı yaşıllıq, əhalinin yaşadığı ərazi mühafizə olunub. Yanğının səbəbini deyə bilmərik. Onu xüsusi təhqiqat qrupları müəyyən edəcək”, – FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button