Mədəniyyət

Xətai Sənət Mərkəzində etüd əsərlər guşəsi yaradıldı

Xətai Sənət Mərkəzi naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə mərkəzin üçüncü mərtəbəsində “Etüd əsərlər guşəsi”ni sənət sevərlərə təqdim edir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Nəzərə çatdıraq ki, Xətai Sənət Mərkəzi Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə müəyyən dövrlərdə etüd yönlü müxtəlif tədbirlər həyata keçirmişdir.

Bu gün mərkəz keçirilən tədbirlərdə və ayrı-ayrı zamanlarda rəssamlardan  əldə edilən   etüd əsərlərdən ibarət bir kolleksiyaya sahib olmuşdur. Bu əsərlərlərin bir hissəsi güşəmizdə sərgilənir.Əsəri sərgilənən etüdçü rəssamlar –  Abbasov Fəxri, Abbasov Telman, Allahverdiyeva  Nuray,   Azər İslam, Əliyev Əbdüləmi, Əvəzov Zahid, Hüseynov Raul,  Hüseynov Süleyman, İsrafilov İslam, Qasımxanlı Bayram, Quliyev Rüstəm, Quluyev Şahin, Qulyeva Fərəh,Qurbanov Cavad,  Məmmədov Cavid, Məmmədov Nizar, Məmmədov Ramin,  Məmmədov Süphan, Mustafayeva Aynur, Hüseynov Cəlil, Səmədov Aynur, Şərifov Mətin, Yarışov Akif, Yusifov Bəxtiyar.

“Bir sənət ocağı olaraq guşəni həmişə yeniləmək və daha  fərqi ekspozisiya yaratmağı qarşısına məqsəd qoymuşuq. Nəzərinizə çatdıraq ki, hər bir rəssam özünün etüd əsərini təklif edə bilər və hər kəs bu əsərdən bəyəndiyini  əldə edə bilər”, – Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd edib.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button