Mədəniyyət

“Xəzər-Folk 2023” adlı beynəlxalq rəqs festivalı keçirilib

Azərbaycan Gənclər İttifaqının (AGİ) təşkilati dəstəyi və “Asiman” rəqs qrupunun təşkilatçılığı Heydər Əliyev Sarayında beynəlxalq rəqs fesivalı keçirilmişdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Aparıcı olaraq Azərbaycan Rəqs Assosasiyasının (ARA) prezidenti Əziz Əzizov iştirak etmişdir.

Bu tədbirdə Rusiyanın Tatarıstan, Yakutsk bölgələrindən 3 komanda, Polşadan 1 komanda və Azərbaycandan “Asiman” rəqs qrupu uşaqlar, yeniyetmələr və böyüklər nominasiyalarında mübarizə yekun tutmuşdur.

Münsiflər heyətini sizlərə təqdim edirik:

Baba Vəziroğlu (Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi)

Gövhər Həsənzadə (Azərbaycan Respublikasının əməkdar artist)

Mirzə Abbasov (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi)

Aleksey Smirnov (Moskva Dövlət “Stanislavskiy” adına teatrın rejissoru)

Günel Allahyarova (Azərbaycan Respublikasının əməkdar artisti)

Mükafatlandırmada “Gran-Pri” Polşanın “Wielkopolanie” komandasına layiq görülmüşdür. “Asiman” rəqs qrupu və “Bexet” rəqs qrupu birinciliklə mükafatlandırılmışdır.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button