Ölkə

Xəzərdə boğulmaların artmasının səbəbi AÇIQLANDI

Xəzərdə suyun səviyyəsində baş verən dəyişmələr dənizdə batma hadisələrinin çoxalmasının səbəblərindən biridir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Coğrafiya İnstitutunun şöbə müdiri coğrafiya üzrə elmlər doktoru Əmir Əliyev deyib.

O bildirib ki, dənizdə suyun səviyyəsinin çəkilməsi, xüsusilə, sahil zonalarda qayaların, bataqlıqların üzə çıxmasına səbəb olur.

Onun sözlərinə görə, suyun azalması nəticəsində üzə çıxan dəniz dibi daşlarının arasında burulğanlar yaranır.

Əmir Əliyev onu da qeyd edib ki, əgər sahil dayazdırsa, orada maneələr, daşlar, dərin yerlər varsa, dalğalar özünü daha çox büruzə verir. Bu baxımdan qayalara tərəf getmək daha təhlükəlidir.

Bütün hallarda çimərliyə üz tutanlar ehtiyatlı olmalı, təhlükəsizlik qaydalarına əməl etməlidirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button