Ölkə

Xaçaturyan əsir düşmüş azərbaycanlının sinəsinə xaç damğası vurub, ona dəhşətli işgəncələr verib

Vaqif Xaçaturyan əsir düşmüş azərbaycanlının sinəsinə xaç damğası vurub və ona ağır işgəncələr verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Ucar sakini 53 yaşlı Mail Məmmədov 1-ci Qarabağ müharibəsi dövründə, 1992-ci ildə döyüşlər vaxtı əsir düşəndən sonra şəxsən  Xaçaturyan Vaqif Çerkezoviçin ona verdiyi işgəncələrdən danışıb.

O, ötən gün Xaçaturyanı efirdən tanıyıb.

Vaqif Xaçaturyan Xocalı rayonunun Meşəli kəndində törədilmiş soyqırımı zamanı da insanlara işgəncələr verirmiş, onları qətlə yetirirmiş. 1991-ci ilin dekabrında törədilmiş qətliam nəticəsində 25 nəfər amansızcasına öldürülüb, 14 nəfər yaralanıb, 400-ə yaxın azərbaycanlı doğma yurdlarından didərgin salınıb.

Vaqif Xaçaturyan adlı cani azərbaycanlıların ağlasığmaz formada öldürülməsində şəxsən iştirak edib.

Meşəli sakinləri hələ də həmin dəhşətli hadisələri unuda bilmirlər…

Azərbaycan xalqı dinc əhaliyə qarşı qəddarlıq göstərən erməni cinayətkarlarının məhkəmə qarşısında cavab verəcəyi günü gözləyirdi. Bu da baş verəcək. Xaçaturyan Vaqif Çerkezoviç dünyanın hansı nöqtəsində gizlənsə də, illər sonra ələ keçdi və o, ədalət kürsüsünə çıxarılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button