Siyasət

“Xaçaturyan Qarabağdan qaçmağa çalışıb” – Hikmət Hacıyev

“Ermənistanın ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə dövlət səviyyəsində haqq qazandırmağa çalışır”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında yazıb.

Hikmət Hacıyev bildirib ki, hazırda Ermənistanın bir sıra rəsmi, ictimai, media qurumları 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına “etiraz etməklə” hərbi cinayətlərə dövlət səviyyəsində dəstək verir və onların bu fəaliyyəti cinayətkarın əməllərinə haqq qazandırmaqdan başqa bir şey deyil.

Həmçinin əlavə olunub ki, Xaçaturyan BQXK-nın xətti ilə tibbi evakuasiyadan istifadə edərək Qarabağdan qaçmağa çalışıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button