Ölkə

Xaçmazda bir neçə gün əvvəlki yanğının qəsdən törədildiyi üzə çıxdı

Xaçmazda bir neçə gün əvvəlki yanğının qəsdən törədildiyi ortaya çıxıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, 24 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Aslanoba kəndi ərazisində yanğın baş verməsi və ətraf üçün təhlükənin yaranması barədə məlumat daxil olub.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı meşə zolağı və yüksəkgərginlikli hava elektrik xətlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış ilkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin Şahbaba Bayramnəzər oğlu Toryayev tərəfindən törədildiyi müəyyən olunub və vətəndaş törətdiyi əməli etiraf edib.

Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button