Ölkə

Xalid Osmanov saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də bir neçə dəfə məhkum olunmuş Xalid Osmanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə X.Osmanovun yaşadığı ünvana da baxış keçirili, oradan satış məqsədilə kibrit qutularında və kağız bükümlərdə saxladığı marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 2 nəfər də məsuliyyətə cəlb olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button