Ölkə

Xalq Artisti Fidan Hacıyeva Naxçıvanda solo konsert verəcək

Naxçıvan şəhərinin Heydər Əliyev Sarayında oktyabrın 27-də saat 19.00-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tanınmış opera ifaçısı, Xalq artisti Fidan Hacıyevanın solo konserti keçiriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Fidan Hacıyeva beynəlxalq müsabiqələr laureatları Orxan Həşimov və Cahangir Qurbanovun rəhbərliyi ilə Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə çıxış edəcək, konsertmeyster – Əməkdar artist Nərgiz Əliyeva. Konsertdə Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndiriləcək.

Biletləri Naxçıvandakı Heydər Əliyev Sarayının və Dövlət Milli Dram Teatrının kassalarından əldə etmək olar.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button