Ölkə

Xalq artisti kürəkəni ilə oxuduğu mahnını təqdim etdi

Xalq artisti Mələkxanım Eyyubova ilə kürəkəni Mərdan Kazımov birlikdə ifa etdikləri “Unuda bilmirəm” mahnısını təqdim ediblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az publika.az-a istinadən xəbər verir ki, musiqisi Hacıbaba Həsənova, sözləri Novruz Gəncəliyə məxsus bəstənin klipi artıq yutub platformasına yerləşdirilib. “Unuda bilmirəm”ə rejissor Alvin Mahmudov ekran həyatı verib.

“Bir il idi ki, “Retrock” albomu üzərində çalışırdıq. Bu duet də həmin albomda yer alıb. Çox şadam ki, dəyərli sənətkarımızla işbirliyimiz oldu”, – Mərdan bildirib.

Qeyd edək ki, “Unuda bilmirəm” Mərdan Kazımovun “RETROCK” albomunda yer alıb.

Xatırladaq ki, sözügedən ifa ilk dəfə Xalq artistinin qızı, aparıcı Nəzrin Nəcəfova ilə Mərdan Kazımovun nişanında təqdim olunub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button