Ölkə
Xalq artisti tamaşa zamanı vəfat etdi
Rusiyanın xalq artisti Leonid Remnev tamaşa zamanı dünyasını dəyişib.
Milli.Az baku.vs-ə istinadən xəbər verir ki, o, ötən gün Nijni Novqorod Gənclər Teatrında Sergey Jeleznovu oynadığı “Vassa” tamaşasında vəfat edib.
Qeyd edək ki, Remnev 1946-cı il avqustun 2-də doğulub. Qorki adına Teatr Məktəbini və Lobaçevski adına Nijni Novqorod Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Remnev 1972-ci ildən işlədiyi Nijni Novqorod Gənclər Teatrının aparıcı aktyoru olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun