Ölkə

Xalq artistinin yaraladığı qadının səhhəti necədir?

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən klinikaların birində mühafizəçi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub. A. Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən Nəzakət Paşayevanın ayağına xəsarət yetirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Nəzakət Paşayevanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə Konkret.az həmin klinika ilə əlaqə saxlayıb. Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, N. Paşayeva evində müalicə alır: “Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil”.

Hüquqşünas Nəzakət Paşayevanın təzminat davası aça biləcəyi ehtimalına da aydınlıq gətirib: “İndi təzminat iddiası ilə bağlı nəsə demək tezdir. Bu mövzu rəhbərlik səviyyəsində müzakirə edilməlidir. Yalnız bundan sonra dəqiq nəsə demək olar”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button