Siyasət

Xalqının dərdinə fransız qalan Makron

Fransanın bu gün işğalçılıq, müstəmləkəçilik siyasəti ölkə daxilindəki proseslərə də təsirsiz ötüşmür. Özünə umac ova bilməyib, başqasına əriştə kəsməkdə mahir olan Emanuel Makronun bu cür davranışları nəticəsində Fransa cəmiyyətində narazılıqlar sürətlə artır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ölkəni bürüyən etiraz aksiyaları, bahalaşma, polis özbaşınalığı, xarici siyasətdəki uğursuzluq kimi halların hamısı bir yerdə bəlkə də yeganə prezident Emanuel Makron oldu ki, onun dövründə baş verdi. Fransa tarixi üçün arzuolunmaz siyasətçi kimi iz buraxacağı qəti şühhə doğurmayan bu şəxsin yarıtmaz siyasətinin nəticəsidir ki, Fransadakı xaos, qarışıq vəziyyətə biri də əlavə olundu.

Fransa Tələbələrinin Milli Birliyi (FTMB) tərəfindən cari ilin avqustun 14-də dərc edilmiş hesabatın nəticəsinə görə, inflyasiya səbəbindən Fransada növbəti tədris ili (2023/2024) üçün təhsil haqqı 6.47% artacaq, bu da təxminən 600 avroluq artım deməkdir. “Biz getdikcə ciddi tələbə kasıbçılığı mərhələsinə doğru irəliləyirik və bunun təkamülü ildən ilə pisləşməyə doğru gedir”, – deyə FTMB həyəcan təbili çalır.

Avropanın və dünyanın hər zaman ən yaxşı iqtisadi durumuna görə seçilən dövlətləri sırasında yer alan Fransanın bu gün qarşılaşdığı hazırki vəziyyətin məsuliyyəti birmənalı şəkildə dövlət başçısının üzərinə düşür. Günü-gündən ölkədəki vəziyyətin qeyri-stabilləşdiyi bir vaxtda tələbələrin problemlərinin qabarıq şəkildə ortaya çıxması Emanuel Makron hakimiyyətinin ölkənin təhsilinə biganələyini nümayiş etdirir.

Maraqlısı burasındadır ki, Fransada tələbələr tibb xidmətlərinin əlçatan olmamasından da şikayətçidirlər. Onlar adətən qənaət etmək üçün tibb xidmətlərindən imtina etmək məcburiyyətində qalırlar. Tələbə təşkilatı Fransa hökumətini tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atmamaqda günahlandırır.

Əvəzində ölkədə aclıq, səfalət, narkomaniya, cinayətkarlıq sürərtlə artır. Fransanın ən turistik şəhərlərindən biri hesab edilən elə təkcə Nitsanın mərkəzi küçələrində və digər ərazilərdə narkomaniya tüğyan etməyə başlayıb. Sakinlər bu məsələdə gücsüz olduğunu bildirir və bütün məsuliyyəti Fransa polisinin üzərinə atır. Aydın görünür ki, bu gün Fransada cəmiyyət, polis, dövlət bağı tamamilə məhv olmaq üzrədir.

Bu gün daha çox erməni lobbisinin maliyyəsi və təsiri altında olan E.Makronun Fransanın nüfuzuna vurduğu zərbənin bərpası üçün onilliklər lazım olacaq desək, yanılmarıq. Onun atdığı addımlara, yürütdüyü siyasətə nəzər yetirəndə görə bilərik ki, bu adam sanki məqsədli şəkildə ölkəsini həm təhsil baxımından, həm də iqtisadi vəziyyətinin çətinləşməsi nöqteyi nəzərdən çökməsi üçün əlindən gələni əsirgəmir.

Makronun bu yarıtmaz siyasəti şübhəsiz ki, Fransanın beynəlxalq aləmdə nüfuzunu zəiflətməkdən başqa heç nə etmir. Ölkədə siyasi, iqtisadi vəziyyətin günbəgün ağırlaşdığı Fransada əhali problemin haradan, kimdən qaynaqlandığını da yaxşı bilir. Buna görə də Fransanın böyük əksəriyyəti Makron hakimiyyətinin dəyişməsini, onun dövlət başçısı postundan getməsinin tərəfdarıdırlar. Əkq halda Fransanı heç Napoleon Bonapart da dirilib gəlsə, Makronun “əsəri” olan ölkədəki acınacaqlı vəziyyətdən xilas etməyə gücü yetməyəcək.

Təhməz Əsədov

TREND


 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button