Ölkə

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirildi

Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini, İşçi Qrupun rəhbəri Elnur Əliyev ölkə başçısının tapşırıqlarına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin inkişafı istiqamətində kompleks proqramların, genişmiqyaslı bərpa və quruculuq tədbirlərinin, o cümlədən infrastruktur layihələrinin icra olunduğunu qeyd edib.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə görülən işlər, o cümlədən vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər güzəştlər özəl təşəbbüsləri hərtərəfli təşviq etmək və dövlət-özəl sektor tərəfdaşlığını inkişaf etdirməklə regiona investisiya qoyuluşunu artıracaq.

Vurğulanıb ki, stimullaşdırıcı alətlər və güzəştlər Qarabağla yanaşı, regionda təhlükəsiz və layiqli həyat səviyyəsinin formalaşdırılmasına, sosial-iqtisadi potensialın xalqın rifahı naminə effektiv istifadəsinə, xüsusilə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə, elmin və biliktutumlu sahələrin inkişafına, əmək məhsuldarlığının və rəqabət qabiliyyətinin yüksəldilməsinə, məşğulluğun artırılmasına təkan verəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov tərəfindən yaşayış məskənlərində infrastrukturun bərpası və yenidən qurulması, əhalinin öz yurdlarına geri qayıdışı, məşğulluğun təmin edilməsi prosesi barədə məlumat verilib.

Bildirilib ki, bölgədə müxtəlif istiqamətlər üzrə sahibkarlıq fəaliyyəti üçün əlverişli imkanlar var və iş adamları biznes fürsətlərindən lazımınca yararlana bilərlər. Xankəndi şəhərində və ətraf rayonlarda sahibkarlar tərəfindən müxtəlif istiqamətli layihələrin icra olunduğu və bu layihələrdə əsasən qayıdışı həyata keçirilən əhalinin çalışdığı vurğulanıb.

Tədbirdə İşçi Qrupunun digər üzvləri tərəfindən təmsil etdikləri qurumların işğaldan azad edilmiş ərazilərimizin iqtisadi reinteqrasiyasi məqsədilə gördüyü işlər barədə məlumatlar təqdim olunub.

İclasda işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr aparılıb, zəruri tədbirlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button