Ölkə

Xaricdən avtomobil gətirənlər gömrükdən narazıdırlar

Xaricdən ölkəyə avtomobil gətirənlərin bəziləri gömrük rəsmiləşdirilməsi zamanı problemlə üzləşdiklərini iddia edirlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində son günlər avtomobillərin gömrük rəsmiləşdirməsi prosesi həddindən çox uzanır.

Bununla belə, avtomobillərin gömrük rəsmiləşdirilməsində hər hansı gecikmənin olmadığını deyənlər də var.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, son günlər Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində rəsmiləşdirilmə prosesində baş verən ləngimələr xaricdən ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqədardır.

Belə ki, adi günlərdə xaricdən gətirilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi üçün Baş İdarəyə gündəlik 350 müraciət daxil olurdusa, son 10 gündə bu rəqəm 2 dəfəyə qədər artaraq gündəlik 550-650 təşkil edir.

Hazırda Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və rəsmiləşdirilmə prosesində baş verən ləngimələr qısa zaman ərzində aradan qaldırılacaq.

Ətraflı süjetdə:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button