Ölkə

Xarici diplomatlar Sərsəng su anbarında aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatlardan, o cümlədən hərbi attaşelərdən və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərə səfər çərçivəsində Sərsəng su anbarına gəliblər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, diplomatlar su anbarının hazırkı vəziyyəti, bərpa prosesi və gələcək istismarı ilə bağlı planlarla tanış olublar.

Xatırladaq ki, səfər çərçivəsində nümayəndə heyətinin ilk dayanacağı “Suqovuşan” istirahət parkı olub və onlar burada aparılan bərpa işlərinin miqyasını dəyərləndirə biliblər.

Qeyd edək ki, səfərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə 20-si səfir olmaqla 60-dan çox diplomat iştirak edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Check Also
Close
Back to top button