Ölkə
Xocəsəndə uşağı avtomobil vurub
Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 7 yaşlı uşaq yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.
Milli.Az report-a istinadən xəbər verir ki, 2016-cı il təvəllüdlü L.Y. yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona müştərək travma və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az