Ölkə

Xocalı gecə belə görünür – VİDEO

Xocalı şəhərinin gecə və gündüz görüntülərinin əks olunduğu videoçarx hazırlanıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, sözügedən videoçarx Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində hazırlanıb.

Xatırladaq ki, Xocalı şəhəri dövlətimizin başçısının tapşırığı əsasında, yenidən tikilib və zəruri infrastrukturla tam təchiz olunub. Bu günədək Xocalı şəhərində 44 ailənin (169 nəfər) daimi məskunlaşması təmin edilib. 30 ildən artıq yurd həsrətindən sonra doğma evlərinə qayıdan Xocalı sakinlərinin sevinclərinin həddi-hüdudu yoxdur. Uzun illər ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış xocalılılar artıq bir neçə aydır ki, doğma yurdda daimi yaşamağa başlayıblar.

Həmin videogörüntüləri təqdim edirik:

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button