Ölkə

Xocalıda şirkət əməkdaşı qəzada öldü

Xocalıda evakuator qəza törədib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Mədətkənd ərazisində qeydə alınıb.

“175 Yükdaşıma və Evakuasiya” şirkətinə məxsus evakuator idarəetmədən çıxaraq ağaclara çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov saytımıza bildirib ki, Xocalı Rayon Polis Şöbəsinə rayonun Mədətkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Təyyar Əliyev “FOW Tiger VH” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı meşə massivindəki ağaclara çırpılıb və nəticədə müxtəlif bədən xəsarətləri alan sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button