Ölkə

Xoşqədəm erkən yaşda ailə quran qızlara səsləndi

Aparıcı Xoşqədəm Hidayətqızı gənc qızlara səslənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, qızları erkən nikahdan qaçmağa çağırıb.

“Əziz gənclər, balarımız sizi təhsilli olmağa, pis vərdişlərdən uzaq durmağa çağırıram. Adət-ənənələrimiz, milli dəyərlərimizi unutmayın. Dünyaya açılmaq lazımdır. Dünyada olan yaxşı şeyləri götürmək lazımdır. Amma narkotik, siqaret, içkidən, etik qaydalardan kənar şeylərdən uzaq durun. Gənc qızlarımız, erkən nikahlardan uzaq olun. Valideynləriniz sizi erkən nikaha çəkəndə getməyin, etiraz edin. Təhsilə yönəlin. Bütün yaşda evlənmək olar. Amma təhsilli deyilsənsə, ayaqların üstündə dura, hüquqlarını bilmirsənsə, əziləcəksən” deyə, aparıcı bildirib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button