Ölkə

Xoşqədəmin əri ilə bağlı şok iddia – Eyni anda dini nikahla…

Türkiyənin “SHOW TV” kanalında yayımlanan “Vaz Keçmə” adlı proqramda şok iddia səslənib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, verilişə qatılan Esra adlı xanım 2020-ci ildə müğənni Doğuşla dini nikah kəsdirdiyini, Doğuşun menecerinin buna şahid olduğunu deyib.

O bildirib ki, Doğuş bu münasibətlərini arvadı bilərsə, uşaqlarını onun əlindən alacağından qorxurmuş. Doğuş dəfələrlə ona xanımı Xoşqədəm Hidayətqızının hikkəli xarakterli olmasından bəhs edib və ondan çəkindiyini deyib. Esra Doğuşun ona hədiyyə etdiyi 70 min lirəlik alışqanı yeni sevgilisini susdurmaq üçün satdığını deyib. Çünki sevgilisi onun Doğuşla münasibətlərini mediaya yayacağı ilə şantaj edibmiş. Əsra Doğuşun ona boşanacağını və onunla evlənəcəyini vəd etdiyini deyib.

Qeyd edək ki, müğənni Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evlidir. Cütlüyün iki övladı var. Onların “ailə tablosu” çərçivəsində birgə apardıqları verilişləri də var.

Doğuş öz instagram səhifəsində bir neçə gün öncə evliliklərinin 9 illiyi ilə bağlı status paylaşıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button