ÖlkəUncategorized

Yəqin, internet də benzinlə işləyir… – Provayderlər qiyməti sürətə “uyğun” artırdıqlarını “iddia” edirlər

Bir neçə gündür internet provayderləri qiymət artımının anonsunu verir. İyulun 12-də özəl, bundan beş gün sonra isə dövlət provayderləri dəyişiklik barədə məlumat yayıblar. Bəhanə kimi internetin sürətinin artırılması göstərilir. Provayderlərin bildirdiyinə görə, avqustdan ölkədə genişzolaqlı internetin minimal sürəti 100 Mbit/s-dən başlayacaq.
Bizimyol.info xəbər verir ki, KATV1 yeni tarif cədvəlini açıqlayıb. Fiziki şəxslər üçün internet paketi 25 manata təklif olunur. Əvvəllər qiymətin 18 manat olduğunu xatırlayırıq. İnternetlə yanaşı, televiziya imkanlarından da istifadə edənlər 31 manat ödəyəcək. Üstəlik, telelfon xidməti də varsa, məbləğ 33-ə çatır. Mənzildə iki televizor xidmətə qoşulubsa, KATV1-ə 35 manat ödəmək lazımdır. İnternet sürətinin 100 Mbit/s-ə çatdırılması xüsusi qeyd olunub. Tarif avqustun 5-dən qüvvəyə minir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

KATV1-dən Bizimyol.info xəbər portalına bildirilib ki, qiymət artımı tarif dəyişikliyi ilə bağlıdır: “İnternetin sürəti artırıldığından, qiymət də yüksəlir. Başqa xidmətlərdə qiymət dəyişikliyi yoxdur. Məhz internet sürətində və tarifində dəyişikliyə görə ümumi xidmət haqqı artırılır”.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının rəhbəri Elvin Abbasov hesab edir ki, qiymət artımı qərarı veriləndə istehlakçını da nəzərə almaq lazım idi: “İstehlakçı fakt qarşısında qalmamalıdır. Provayderlər vacib məlumatları yalnız öz saytlarında və qəzetlərdə yerləşdirməklə kifayətlənməməli, daha geniş formada yayımlamalıdırlar. Təəssüf ki, nə özəl, nə də dövlət provayderləri bunu ediblər”.

Elvin Abbasov deyir ki, qiymət artımını gözlənilən idi. Çünki ucqar bölgələrdə infrastrukturun qurulması üçün böyük pullar xərclənib. Mütəxəssis maarifləndirmə işinin zəif aparıldığını düşünür: “Provayderlərin abunəçilərə sadəcə sürətin və qiymətin dəyişməsi ilə bağlı məlumatı verməsi ilə kifayətlənmələrinin yetərli olmaması belə məqamda da aydın olur. Təəssüflər olsun ki, tələb ilə reallıq üst-üstə düşmədiyi halda narazılıqlar davam edir”.

Ucqar bölgələrdə infrastruktur qurulması, genişzolaqlı internet imkanlarının yaradılması yaxşı haldır. İnternetin sürətinin artırılması da müsbət tendensiyadır. Hər halda beynəlxalq reytinqlərdə də faydasını görəcəyik. Amma qiymət artımı heç yerinə düşmədi. Bütün dünyada internet qiymətlərinin aşağı salınması müzakirə mövzusudur. Bizdə isə benzin və dizelin qiyməti artan kimi başqa sahələrdə də bahalaşma müşahidə edilir. Ucqar kəndlərə internet gətiririk, lakin düşünmürük ki, insanlar xidmət haqqını necə ödəyəcək. Onsuz da bölgələrdə 18 manatdan ucuz internet əldə etmək mümkün deyil. Bəzi özəl provayderlər 40 Mbit/s sürəti 15 manata təklif edir. Belə çıxır ki, indi qiymət 20 manatı aşacaq. Bizə kiçik rəqəmlər kimi görünə bilər, amma bölgə camaatı üçün ağır yükdür.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button