Ölkə

Yağışlı hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində yağıntılı hava şəraiti gün ərzində tədricən kəsiləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Xidmətin rəsmisi Gülnarə Abbasova bildirib ki, müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 22-si günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda  tədricən kəsiləcək:

“Oktyabrın 23-ü gündüz və 24-də ölkə ərazisində hava şəraitinin mülayimləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button