Ölkə

Yağışlı hava nə vaxtadək davam edəcək?

23:53

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ölkə ərazisində müşahidə olunan növbəti faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm,  Qubada 16 mm,  Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm,  Şəkidə 4 mm olub.

Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır. 

Şimal- qərb küləyi  Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb. 

Havanın  temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da  və Aran rayonlarında 14 dərəcəyədək , dağlıq rayonlarda   2 dərəcəyədək  isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.


———-

21:29

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 20:00-a olan məlumatına əsasən  ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. 

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.  

Havanın temperaturu 13 dərəcəyədək istidir. 

Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən,  Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə  leysan xarakterli yağış, 

Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb. 

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27- si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.

——–

19:19

Oktyabrın 26-sı saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəki, Altıağac, Quba, Xaltan, Şamaxı, Şabran, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlaxda yağış, Qusar(Laza), Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 16 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 19, Aran rayonlarında 20, dağlıq rayonlarda 6 dərəcəyədək isti olub.

———- 

16:07

Azərbaycanda oktyabrın 26-sı saat 15:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Milli.Az-a verilən məlumata görə ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Bakıda və Abşeron yarımadasında, Gəncə, Qax, Balakən, Altıağac, Quba, Qusar, Xaçmaz, Zaqatala, Şəki, Ağsu, Xaltan, Şabranda arabir yağış, Şahdağda isə qar yağıb.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 15 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 18, aran rayonlarında 20, dağlıq rayonlarda 10 dərəcəyədək isti olub.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button