Uncategorized

Yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib – VİDEO – FOTO

İyulun 5-də Masallı şəhəri, H.Əliyev prospekti ərazisində kol-kos sahəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a FHN-dən məlumat verilib.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Anar Cəbiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button